Zamiq Əliyev oynadı, “Eqnatiya” Avroliqa ilə vidalaşdı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Avropa Liqasının 2026/2027-ci illər mövsümünün pley-off mərhələsi çərçivəsində “Lilleström” ilə qarşılaşıb.

Norveç və Albaniya komandaları arasında ötən həftə keçirilmiş ilk oyunda qalib müəyyənləşməmişdi – 0:0. Norveçdə baş tutmuş cavab görüşündə futbolçumuzun komandası 1:2 hesabıyla uduzaraq Avroliqa ilə vidalaşıb. Zamiq bu görüşün 99-cu dəqiqəsində meydana buraxılıb.

“Eqnatiya” Avroliqada çıxışını başa vursa da, avrokuboklarla vidalaşmayıb. Belə ki, futbolçumuzun komandası mübarizəni Konfrans Liqasının Liqa mərhələsində davam etdirəcək.

Xatırladaq ki, Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçinin “Eqnatiya” ilə 2027-ci ilin 30 oyununadək müqaviləsi mövcuddur. 25 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 80 oyuna çıxıb, 2 qola imza atıb. Əliyev “Eqnatiya” ilə 2 dəfə Albaniya çempionu olub.

Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və hələlik 2 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: