Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Arena.az xəbər verir ki, o, həlledici qarşılaşmada İsveçrə təmsilçisi Yelena Quriçə 5:4 hesabı ilə qalib gəlib.
Beləliklə, İrina Zaretska üçqat dünya çempionu olub. Təcrübəli idmançı 2018 və 2021-ci illərdə keçirilən mundiallarda da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, İrina Budapeştdəki dünya çempionatında finala qədər Corcia Zefanya (İndoneziya), Madeleyne Şroeter (Almaniya), Marina Vukoviç (Avstriya), Skilar Linql (ABŞ), Yelene Quirici (İsveçrə) kimi karateçilərlə qarşılaşıb.Azərbaycan karateçisi İrina Zaretska (68 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.