“Zirə” Türkiyənin Bolu şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ikinci yoxlama oyununda qalib gəlib.
Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi Rumıniyanın “Hermanştadt” komandası ilə qarşılaşıb.
Görüş Rəşad Sadıqovun baş məşqçisi olduğu komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, “Zirə” ilk yoxlama matçında Rusiyanın “Orenburq” komandasına məğlub olmuşdu – 1:2.
Qeyd edək ki, Azərbaycanı Avropa Liqasında təmsil edəcək Zirənin eyniadlı təmsilçisi Türkiyədə iyulun 4-nə qədər hazırlıq keçəcək.


