“Zirə” “Kocaelispor”la da “sülh bağladı”

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün qardaş ölkədəki hazırlıq çərçivəsində üçüncü yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov komandasını Türkiyənin “Kocaelispor” klubu ilə oyunda sınaqdan keçirib.

Sadıqov bu oyunda aşağıdakı heyətə şans verib:

Əsas heyət: Tiaqo Silva, Dimitrios Çantakias, Vladislav Kulaç, Toni Qomes, Rüstəm Əhmədzadə, Ruan Renato, Andriya Lukoviç, Eldar Quliyev, Qismət Alıyev (k), Rəhim Sadıxov, İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: Səlim Həşimov, Anar Nəzirov, Məmməd Hüseynov, İlkin Muradov, Abbas İbrahim, Hacıağa Hacılı, Vüsal Əliyev, Mahmud Ağayev, Pərviz Azadov, İlqar Əhmədov.

“Fenerbahçe Topuk Yaylası”nın meydançasında baş tutan qarşılaşma qolsuz başa çatıb – 0:0.

Xatırladaq ki, zirəlilər Türkiyədəki ilk sınaq matçında Super Liqa təmsilçisi “Fatih Karagümrük”lə qarşılaşmışdılar. Həmin oyunda da heç-heçə qeydə alınmışdı – 0:0. Tanzaniyanın “Simba” kollektivi ilə görüş isə 1:1 hesabıyla başa çatmışdı.

“Zirə” Bakıdakı toplanış çərçivəsində də bir yoxlama oyunu keçirmiş və “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: