Zöhrə Ağamirova Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycanın bədii gimnastika yığmasının üzvü Zöhrə Ağamirova 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Arena.az xəbər verir ki, bu gün İspaniyanın Valensiya şəhərində keçirilən bədii gimnastika üzrə 40-cı dünya çempionatında fərdi proqramda çoxnövçülük üzrə təsnifat yarışları başa çatıb.

Avropa çempionatının bürünc mükafatçısı, Yay Universiadasının dördqat gümüş və bürünc medalçısı Zöhrə Ağamirova çoxnövçülük yarışlarının nəticəsinə əsasən 12-ci pillədə qərarlaşıb. Bununla da o, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

İdmançımız bu nəticə ilə həmçinin çoxnövçülük proqramında dünya çempionatının final mərhələsinə vəsiqəni özü üçün təmin edib.

Qeyd dək ki, bu, Paris-2024 Yay Olimpiya Oyunlarına gimnastika üzrə qazanılan ilk lisenziyadır.

Xəbəri sosial şəbəkələrdə paylaş: