“Əl-Hilal” Ronaldolu “Əl-Nəsr”i darmadağın etdi – Video

“Əl-Hilal” və “Əl-Nəsr” komandalarının qarşılaşdığı Səudiyyə Ərəbistanı Super Kuboku uğrunda oyun başa çatıb.

Arena.az məlumat verir ki, oyun “Əl-Hilal”ın “Əl-Nəsr” üzərində 4:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

Oyunda hesabı “Əl-Nəsr”in portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo açıb. Buna rəğmən, rəqib komanda əzmkar oyunu nəticəsində ikinci hissədə 4 qol vuraraq böyükhesablı qələbə qazana bilib.

Ronaldo final fitindən dərhal sonra meydanı tərk edib və mükafatlandırma mərasiminə qayıtmayıb. Həmçinin portuqal ulduzun oyundan sonra komanda yoldaşlarına əl-qol hərəkətlərinin müşayiəti ilə hiddətləndiyi və aşkar narazılığını ifadə etdiyi vurğulanır.

Bəzi mənbələrdə “Əl-Nəsr” rəhbərliyinin, uğursuz nəticəyə görə portuqal mütəxəssis Luis Kastronu komandanın baş məşqçisi vəzifəsindən istefaya göndərdiyi haqda məlumat yayılıb. “Əl-Nəsr”in idarə heyətinin sədri İbrahim Əl-Mühəddibin “Nəcd cəngavərləri” üçün yeni məşqçi axtarışlarına başlayacağı haqda məlumat da gündəmə gəlib.

Xəbəri sosial şəbəkələrdə paylaş: