“Əl-Hilal”dan Osimhenə fantastik təklif!

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhenə fantastik təklif ünvanlayıb.

Arena.az bu barədə “Sky Sports”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə “Əl-Hilal” Osimhen görə “Napoli”yə ikinci dəfə təklif ünvanlayıb və bu dəfə transfer təklifi 120,3 milyon funt-sterlinq məbləğindədir. Ərəblər Osimhenin özünə isə həfətədə 1 milyon funt-sterliq ödəməyə hazırdırlar.

Xatırladaq ki, “Napoli”nin sabiq müdafiəçisi Kalidu Kulibali artıq bu yay transfer pəncərəsində “Əl-Hilal”a keçib. Həmçinin “liderlər” Sergey Milinkoviç-Saviçi, Ruben Neveşi və Malkomu da heyətinə qatıblar.

Geridə qalmış 2022/2023 mövsümündə Osimhen “Napoli”nin heyətində 39 oyuna çıxıb, 31 qol vurub, 4 məhsuldar ötürmə verib. O, “eşşəkciklər”lə İtaliya çempionluğunu qazanmaqla yanaşı, 26 qolla müvafiq turnirin ən sərrast futbolçusu olub.

Osimhenin “Napoli” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

“Transfermarkt” internet-portalı 24 yaşlı Viktor Osimhenin 120 milyon avro məbləğində qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: