“Əl-Nəsr” portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldoya klub adından mənəvi dəstək nümayiş etdirib.
Arena.az məlumat verir ki, Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti bu məqsədlə portuqal ulduzunun ünvanına ismarış verib:
“Nə olursa olsun, sən həmişə ən yaxşıların ən yaxşısı olacaqsan! İrəli, Portuqaliya!” – “Əl-Nəsr”in ismarışında deyilir.
Xatırladaq ki, Ronaldo AÇ-2024-ün ələmə mərhələsinin Sloveniya yığması ilə 1/8 final oyununun əlavə vaxtında, 105-ci dəqiqədə penaltini qola çevirə bilməmişdi (qapçı). Bu məqamdan sonra hisslərinə hakim ola bilməyən 39 yaşlı ulduz futbolçu göz yaşlarına qərq olmuşdu. Əsəs və əlavə vaxtı 0:0 heablı heç-heçə ilə başa çatmış oyunun penaltilər silsiləsində isə Ronaldo ilk zərbəni qola çevirməklə, komandasının 3:0 hesablı qələbəsinə öz töhfəsini vermişdi.
Ronaldonun duyğusallıq nümayiş etdirməsi isə ictimai müstəvidə birmənalı qarşılanmayıb. Belə ki, bir çoxları portuqal ulduzu artistlikdə, bir çoxları qeyri-peşəkarlıqda, bir çoxları isə sadəcə “divan təhlilçisi” qismində, uydurduğu hansısa xüsusda suçlayaraq, sosial şəbəkəlrdə asıb-kəsiblər. “Əl-Nəsr” və Ronaldonun komanda yoldaşları, həmçini portuqal ulduzun pərəstişkarları isə sevimli futbolçuya çətin məqamda mənəvi dəstək nümayiş etdirməyi borc biliblər.
Xatırladaq ki, yarışın 1/4 finalına yüksəlmiş Portuqaliya yığması Fransa yığması ilə çətin sınağa çıxacaq. Oyun iyulun 5-də Bakı vaxtı ilə 23:00-da başlayacaq.


