Əli Abdullayev dünya ikincisi oldu

Azərbaycan boksçusu Əli Abdullayev Monteneqroda gənclər arasında keçirilən dünya birinciliyini gümüş medalla başa vurub.

Arena.az xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan millimizin üzvü finalda Abdulaziz Jurakulovla (Özbəkistan) qarşılaşıb.

Görüş üçüncü raundda həkimlərin qərarı ilə dayandırılıb və rəqib qalib elan edilib. Nəticədə Əli Abdullayev mundailı ikinci pillədə bitirib.

Bununla da milli komandamız dünya birinciliyini 5 medalla başa vurub. Əlidən öncə Bilalhəbaşi Nəzərov (48 kq) da gümüş medal qazanmışdı. Məhəmmədəli Qasımzadə (60 kq), Zidan Hümbətov (51 kq) və Aynur Mikayılova (57 kq) isə bu mundialda bürünc mükafat qazanıblar.

Qeyd edək ki, yığmamız Monteneqronun Budva şəhərində təşkil olunmuş bu yarışda qazandığı medalların sayına görə mundiallar tarixində özünün ən yaxşı göstəricisinə imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: