Gəncə futbol məktəbinin yetirməsi olan 27 yaşlı yarımmüdafiəçi Əli Səmədov “Kəpəz”lə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Səmədovla 1+1 illik yeni müqavilə imzalanıb.
Xatırladaq ki, Əli Səmədov 2015-ci ildən “sarı-göylər”in şərəfini qoruyur. O, bir müddət “Sabah”da və “Şamaxı”da çıxış etsə də, yenidən doğma klubuna qayıdıb. Mərkəz yarımmüdafiəçisi geridə qalmış 2023/2024 mövsümündə 28 oyuna çıxsa da, fərqlənə bilməyib.
“Kəpəz” daha öncə Yeqor Xvalko və Ehtiram Şahverdiyevlə də yeni müqavilə bağlamışdı. Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov və Latir Fall isə komandanı tərk ediblər. Əvəzində Gəncə klubu Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Paulo Rojerio (“Lenk”, Portuqaliya), Kərim L’Kuça (“Santa Koloma”, Andorra) və Məmməd Hüseynovu (“Zirə”) heyətinə qatıb.


