Əli Səmədov “Şamaxı” ilə müqavilə bağladı

Bu ayın əvvəlində “Kəpəz” ilə yollarını ayırmaq məcburiyyətində qalan Əli Səmədov özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Bu barədə “Şamaxı”nın mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında bir illik müqavilə imzalanıb.

Xatırladaq ki, Əli Səmədov “Kəpəz”in yetirməsidir. O, bir müddət “Sabah”da çıxış etsə də, 2020-ci ildə yenidən Gəncə klubuna qayıtmışdı. Lakin bu mövsümün gedişində Tərlan Əhmədovun komandaya baş məşqçi təyin olunmasından sonra o, əvəzedici heyətə göndərilmişdi.

“Şamaxı” daha öncə hücumçu Emil Qasımov, Emin Zamanov, Zahid Mərdanovu heyətinə cəlb etmişdi. Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov və Bahadur Həziyevlə isə yeni müqavilə imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: