Əliyar Ağayev “Baçka Topola” – “Frayburq” matçına təyinat aldı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyununu idarə edəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, Əliyar Ağayev “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasına təyinat alıb.

36 yaşlı referiyə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Bu oyuna türkiyəli ədalət təmsilçiləri də təyinat alıblar. Belə ki, oyunun VAR hakimləri Alper Ulusoy və Abdulkadir Bitigen olacaqlar.

Xatırladaq ki, “Baçka Topola” – “Frayburq” matçı oktyabrın 26-da keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: