Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin oyununa təyinat alıb.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Əliyar Ağayev Avropa Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində keçiriləcək “Brann” (Norveç) – “Utrext” (Niderland) matçının baş hakimi olacaq.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Macarıstanlı Tomaş Baqnar VAR, Ferens Karako isə AVAR kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Brann” – “Utrext” oyunu oktyabrın 2-də Bergen şəhərindəki “Brann” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.
“Brann” ilk turda “Lill” ilə səfər oyununda 1:2 hesabıyla uduzub, “Utrext” isə evdə Lion “Olimpik”i ilə bacarmayıb – 0:1.


