Əliyar Ağayev Danimarka – Moldova oyununda

FİFA referisi Əliyar Ağayev DÇ-2022-nin seçmə mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, martın 28-də Herninq şəhərindəki “Herninq Arena”da keçiriləcək Danimarka – Moldova qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, bazar günü baş tutacaq Danimarka – Moldova oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: