Əliyar Ağayev Finlandiya – Şimali İrlandiya matçını idarə edəcək

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsinin oyununu idarə edəcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, Əliyar Ağayev seçmə mərhələnin 9-cu turu çərçivəsində baş tutacaq Finlandiya – Şimali İrlandiya qarşılaşmasına təyinat alıb.

36 yaşlı referiyə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.

Xatırladaq ki, Finlandiya – Şimali İrlandiya oyunu noyabrın 17-də Finlandiyanın paytaxtı Helsinki şəhərində keçiriləcək. Helsinki Olimpiya Stadionunda keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: