Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb. Arena.az xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Yablonets” (Çexiya) – “Randers” (Danimarka) oyununu idarə edəcək.
Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
Oktyabrın 21-də keçiriləcək “Yablonets” – “Randers” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


