Əliyar Ağayev Konfrans Liqasının pley-off matçına təyinat aldı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasına təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Əliyar Ağayev “Ludoqorets” (Bolqarıstan) – “Servett” (İsveçrə) qarşılaşmasının baş hakimi olacaq. Ona bu oyunda yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimi Türkiyədən Alper Ulusoy, onun köməkçisi həmyerlisi Abdulkadir Bitigen olacaq.

Oyunun hakim-inspektoru isə Fransadan Fredi Fautrel olacaq.

“Ludoqorets” – “Servett” oyunu fevralın 22-də Bolqarıstanın Razgrad şəhərində keçiriləcək. Oyuna saat 21:45-də start veriləcək.

Xatırladaq ki, bu komandaların fevralın 15-də İsveçrədə keçirilmiş ilk oyununda qapılara qol vurulmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: