Azərbaycanlı FIFA referisi Əliyar Ağayev ötən gecə Avropa Konfrans Liqasının pley-off mərhələsinin oyununu idarə edib.
Arena.az xəbər verir ki, o, “Ludoqorets” (Bolqarıstan) – “Servett” (İsveçrə) oyununda iş başında olub.
Bolqarıstanda keçirilən görüşdə qonaq İsveçrə təmsilçisi 1:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Bu komandaların bir həftə öncə İsveçrədə baş tutan görüşündə qapılara qol vurulmamışdı.
Əliyar Ağayev bu oyunda hər komandadan 3 futbolçuya sarı vərəqə göstərib.
Azərbaycanlı FİFA referisinə bu görüşdə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimi kimi kömək ediblər. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirib.


