Əliyar Ağayev “Mançester Siti”nin oyununa təyinat aldı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, “Srvena Svezda” (Serbiya) – “Mançester Siti” (İngiltərə) oyununun baş hakimi azərbaycanlı referi olacaq.

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turu çərçivəsində üz-üzə gələcək bu komandaların oyunu dekabrın 13-də Serbiyada keçiriləcək. Əliyar Ağayev bu oyunun baş hakimi olacaqsa, ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Oyunun VAR hakimi Alper Ulusoy (Türkiyə), AVAR isə Abdulkadir Bitigen (Türkiyə) olacaq.

Dekabrın 13-də Belqraddakı Rayko Mitiç adına stadionda baş tutacaq “Srvena Svezda” – “Mançester Siti” qarşılaşmasına Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: