Azərbaycanın FİFA referisi Əliyar Ağayev yeni beynəlxalq təyinat alıb. Arena.az xəbər verir ki, Ağayev San-Marino və Malta komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının 2-ci tur oyununu idarə edəcək.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Əliyar Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
İyunun 5-də San-Marinonun Serravalle şəhərində keçiriləcək qarşılaşmaya saat 17:00-da start veriləcək.


