Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının 2024/2025 mövsümünün 3-cü təsnifat mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Əliyar Ağayev Litvanın “Panevejis” və İsrailin “Makkabi” (Təl-Əviv) komandaları arasında keçiriləcək ilk oyunu idarə edəcək.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Elçin Məsiyev isə matça AVAR kimi təyinat alıb.
Xatırladaq ki, avqustun 8-də Litvanın Panevejis şəhərində yerləşən “Aukştaytiya” stadionunda keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.


