Əliyar Ağayev Serbiya – Andorra oyununa təyinat aldı

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev futbol üzrə dünya çempionatının (DÇ-2026) seçmə mərhələsinin oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Əliyar Ağayev DÇ-2026-nın seçmə mərhələsinin K qrupu çərçivəsində keçiriləcək Serbiya – Andorra qarşılaşmasının baş hakimi olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.

Serbiya – Andorra iyunun 10-da Leskovaç şəhərində yerləşən “Duboçica” stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: