Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 16-cı turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
“Kəpəz”lə “Zirə”nin əvəzediciləri arasındakı üç qolluq oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Sumqayıt”ın ikinci komandası isə “Neftçi”nin əvəzediciləri ilə ev oyunundan 3 cavabsız qolla məğlub ayrılıb.
16-cı tura dekabrın 10-da keçiriləcək bir oyunla yekun vurulacaq.
Əvəzedicilər Liqası
16-cı tur
8 dekabr
“Sabah-2” – “Qarabağ-2” 1:3
Qollar: Şahin İbrahimov, 63 – Nihat Mehralıyev, 44-pen. Uğur Səfərov, 69. Nihat Mehralıyev, 90+4.
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Tərlan Talıbzadə, Maqsud Şamıyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “ASK Arena”, 15:00.
“Səbail-2” – “Araz-Naxçıvan-2” 2:2
Qollar: Oruc Məmmədov, 80. Məmməd Əhmədov, 86 – Turan Vəlizadə, 3. Sənan Ağalarov, 48.
Hakimlər: Rauf Allahverdiyev, Sənan Atayev, Anar Bədəlov, Emin Abdullayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Bayıl Arena”, 15:00
9 dekabr
“Kəpəz-2” – “Zirə-2” 2:1
Qollar: Nemət Musayev, 10-pen. Cavad Kərimov, 60-pen – Vüsal Əliyev, 77.
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Səbuhi Soltanov, Ruslan Quliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Sumqayıt-2” – “Neftçi-2” 0:3
Qollar: Həbib İsmayılov, 8. Kamal Kazımov, 88. Elcan Əbilov, 90+4.
Hakimlər: Əkbər Əhmədov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, İslam Məmmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.
10 dekabr
“Turan Tovuz-2” – “Şamaxı-2”
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Teymur Teymurov, Rasim Musayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 15:00.


