Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 17-ci tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Qarabağ”ın əvəzediciləri “Sumqayıt”ın ikinci komandası ilə qarşılaşıb. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar.
Əvəzedicilər Liqası
17-ci tur
15 dekabr
“Araz-Naxçıvan-2” – “Sabah-2” 3:4
Qollar: Turan Vəlizadə, 14. Bayraməli Qurbanov, 36. Sənan Ağalarov, 52 – Oluvaseun Timilehin, 17; 61. Nihat Cabbarov, 63. Turan Vəlizadə, 86-öz qapısına.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Cəmil Quliyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “ASK Arena”, 12:00.
“Şamaxı-2” – “Səbail-2” 4:2
Qollar: Səbayıl Bağırov, 50; 79. Qurban Səfərov, 64. Ramin Əhmədov, 75 – Aqil Əzimli, 74. Tuncay Hacıyev, 82.
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu, 14:00.
16 dekabr
“Neftçi-2” – “Kəpəz-2” 4:0
Qollar: Həbib İsmayılov, 13; 63. Kamal Kazımov, 24. İbrahim Novruzov, 52.
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Elşad Abdullayev, İslam Məmmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.
“Zirə-2” – “Turan Tovuz-2” 1:2
Qollar: Vüsal Əliyev, 89 – Fərid Cəfərov, 21. İbrahim Ramazanov, 50.
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Kərim Zeynalov, Nazim Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “ASK Arena”, 15:00.
17 dekabr
“Qarabağ-2” – “Sumqayıt-2” 2:1
Qollar: Rüstəm Əlizadə, 45+1. Davud Mənsumov, 74 – Uğur Cahangirov, 46.
Hakimlər: Rauf Allahverdiyev, Rahil Ramazanov, Eyyub İbrahimov, Vüqar Həsənli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “Azərsun Arena”, 16:00.



