Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 18-ci tur həyəcanı davam edir.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Turan Tovuz”la “Neftçi”nin əvəzediciləri arasındakı oyunda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Səbail”in ikinci komandası isə “Zirə”nin əvəzediciləri ilə ev oyununda inamlı qələbəyə sevinib.
Turun qalan görüşləri dekabrın 23-də keçiriləcək.
Əvəzedicilər Liqası
18-ci tur
21 dekabr
“Kəpəz-2” – “Sumqayıt-2” 1:2
Qollar: Cavad Kərimov, 67 – Hüseyn Xıdırov, 60. Nihad Orucəli, 73.
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Anar Bədəlov, Nazim Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
22 dekabr
“Turan Tovuz-2” – “Neftçi-2” 1:1
Qollar: Elçin Qasımov, 67 – Elcan Əbilov, 85.
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Aydın Baxşıyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Tovuz şəhər stadionu, 14:00.
“Səbail-2” – “Zirə-2” 2:0
Qollar: Azad Əsgərov, 53; 90+2.
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Asiman Əzizli, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”, 14:00.
23 dekabr
“Qarabağ-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Əli Əliyev, Vüsal Məmmədov, Eyyub İbrahimov, Sənan Bayramzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “Azersun Arena”, 14:00.
“Sabah-2” – “Şamaxı-2”
Hakimlər: Tural Qurbanov, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Murad Səlimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Bakı. “ASK Arena”, 15:00.


