“Transfermarkt” internet-portalı 2023/2024-cü illər mövsümünün sonunda transfer dəyərini ən çox artırmış futbolçuların siyahısını açıqlayıb.
Arena.az məlumat verir ki, müvafiq xüsusda ən bahalı oyunçu isə “Barselona”nın 16 yaşlı sağ vingeri Lamin Yamal olub.
2-ci pillədə isə ötən yay “Mançester Siti”dən “Çelsi”nin düşərgəsinə köçmüş ingilis hücumameylli yarımmüdafiəçi Koul Palmer qərarlaşıb.
İlk üçlüyü “Real”ın ingilis ulduzu, mərkəz yarımmüdafiəçisi Cud Bellingem qapayır.
2023/2024-cü illər mövsümün yekunlarına əsasən, Avropada ən bahalaşmış oyunçuların onluğunu təqdim edirik:
- Lamin Yamal (“Barselona”, +90 milyon avro) – 90 milyon avro;
- Koul Palmer (“Çelsi”, +65 milyon avro) – 80 milyon avro;
- Cud Bellingem (“Real”, +60 milyon avro) – 180 milyon avro;
- Viktor Dyökereş (“Sportinq” (Lissabon), +52 milyon avro) – 65 milyon avro;
- Kobbi Meynu (“Mançester Yunayted”, +49 milyon avro) – 50 milyon avro;
- Juan Neveş (“Benfika”, +45 milyon avro) – 55 milyon avro;
- Florian Virts (“Bayer”, +45 milyon avro) – 130 milyon avro;
- Savio (“Jirona”, +45 milyon avro) – 50 milyon avro;
- Coşua Zirkze (“Bolonya”, +41 milyon avro) – 50 milyon avro;
- Uorren Zair-Emeri (PSJ, +40 milyon avro) – 60 milyon avro.


