2023-cü ildə ən çox qol vurmuş qapıçı – Tyaqo Volpi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə ən çox qol vurmuş qapıçıların siyahısını açıqlayıb.

Arena.az xəbər verir ki, braziliyalı qapıçı Tyaqo Volpi ötən il dünyada ən çox qol vurmuş qolkiperdir.

Meksikanın “Toluka” klubunda çıxış edən 33 yaşlı qolkiper ötən il 9 qola imza atıb. O, bunlardan 7-sini Meksika Liqasında, 2-sini isə Liqalar Kubokunda vurub. Volpi bütün qolları penaltidən vurub.

Maraqlıdır ki, braziliyalı qapıçı əvvəlki karyerası dönəmində cəmi 1 dəfə qol vurmuşdu.

Ümumiyyətlə, 2023-cü ildə ən çox qol vuran cəmi 4 qapıçı var. İkinci yeri “Qodoy Krus”un şərəfini qoruyan argentinalı Dieqo Rodriqes tutur. Onun hesabında 3 qol var. Rodriqes də bütün qolları penaltidən vurub.

2023-cü ilin ən çox qol vurmuş qapıçıları

  1. Tyaqo Volpi (“Toluka”, Braziliya) – 9 qol (hamısı penalti)
  2. Dieqo Rodriqes (“Qodoy Krus”, Argentina) – 3 qol (hamısı penalti)
  3. Xoan Parra (“Enviqado”, Kolumbiya) – 2 qol (1 penalti)
  4. Xuan Karlos Robles (“Qran Mamore”, Boliviya) – 2 qol (hər ikisi penalti)
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: