“Qarabağ” və “Kəpəz” komandaları futbol üzrə Azərbaycan Kubokunda 2024/2025 mövsümünün 1/4 final mərhələsinə vəsiqə qazanıblar.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu Ağdam komandası 1/8 final mərhələsində “Qəbələ” ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb. “Köhlən atlar” növbəti raundda “Səbail”lə qarşılaşacaqlar.
“Kəpəz” isə 1/8 finalda “İmişli”ni məğlub edib. Tovuz şəhər stadionunda baş tutan görüş Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Azər Bağırovun komandası 1/4 finalda “Neftçi” – “Difai” cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, ötən gün “Səbail”, “Araz-Naxçıvan” və “Sabah” da 1/4 finala vəsiqə qazanmışdıar.
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə bu gün keçiriləcək son 3 oyunla yekun vurulacaq.
Azərbaycan kuboku
1/8 final
4 dekabr
Qəbələ – Qarabağ 0:2
Qollar: Abdullah Zubir, 7. Murad Musayev, 90+1-öz qapısına.
Hakimlər: Rauf Cabbarov, Rəhman İmami, Kərim Zeynalov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Munis Abdullayev.
Qəbələ şəhər stadionu.
Qəbələ: 1. Səlahət Ağayev, 32. Elvin Yunuszadə, 28. Murad Musayev (k), 8. Ürfan İsmayılov, 44. Salman Ələsgərov, 97. Elşad Tağıyev, 19. Abdullahi Şuaybu, 74. Süleyman Damadayev, 14. Domi Massumo, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov.
Ehtiyat oyunçular: 12. Müşfiq Nadirov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 9. Ruslan Voronsov, 4. Vüqar Həsənov, 7. Loren Mendi, 22. Fərid İsgəndərov, 20. Oçe Oçoveçi, 5. Samir Həsənov, 6. Emil Süleymanov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 20. Riçard Almeyda (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 21. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 99. Mateus Koxalski, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 2. Mateus Silva, 19. Redon Cica, 15. Leandro Andrade, 11. Emanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
Kəpəz – İmişli 1:0
Qol: Kərim Lkuça, 85-pen.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Zöhrab Abbasov, Ruslan Quliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
Tovuz şəhər stadionu.
Kəpəz: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 17. Ümid Səmədov, 78. Yeqor Xvalko (k), 3. Mahamadu Ba, 19. Lassana Ndiaye, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 18. Elgün Bayramov, 12. Turan Manafov, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 15. Cavad Kərimov, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 9. Luis Paçu, 10. Karim Lkuça.
Baş məşqçi: Azər Bağırov.
İmişli: 33. Andrey Sinenka, 42. Elnur Cəfərov (k), 21. Abbas Ağazadə, 10. Bahadur Həziyev, 9. Xəlil Bəşirov, 13. İdris İnqilablı, 11. Seyxan Fərəcov, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 7. Pablo Enrike Alves, 23. Dioqo Vaskes.
Ehtiyat oyunçular: 1. Əyyub Əliyev, 36. Elməddin Soltanov, 77. Elmir Rəhimzadə, 17. Əsgər Hüseynov, 30. Nəbi Məmmədov, 99. Cavidan Qasımlı, 29. Vüsal Qənbərov.
Baş məşqçi: Fərid Namazov.


