Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 15-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış oyununda son çempion “İnter” “Parma”nı qəbul edib. Dörd qolun qeydə alındığı oyun meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.
Günün digər oyunu “Atalanta” ilə “Milan” arasında keçirilib. Üç qolun qeydə alındığı oyun Milanın eyniadlı təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, 15-ci turun qalan oyunları 7-9 dekabr aralığında keçiriləcək.
İtaliya, A Seriyası
15-ci tur
6 dekabr
İnter – Parma 3:1
Qollar: Dimarko, 40. Barella, 53. Türam, 66 – Darmian, 81-öz qapısına.
Atalanta – Milan 2:1
Qollar: De Ketelare, 12. Lukman, 87 – Morata, 22.
7 dekabr
18:00. Cenoa – Torino
21:00. Yuventus – Bolonya
23:45. Roma – Leççe
8 dekabr
15:30. Fiorentina – Kalyari
18:00. Verona – Empoli
21:00. Venesiya – Komoo
23:45. Napoli – Latsio
9 dekabr
23:45. Montsa – Udineze


