Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 16-cı turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Turan Tovuz” doğma meydanda digər əyalət təmsilçisi “Şamaxı” ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma qonaqların baş məşqçisi Ayxan Abbasovun vaxtilə çalışdığı Tovuza bu dəfə qonaq qismində qayıtması ilə əlamətdar olub.
Həm “Turan Tovuz”, həm də “Şamaxı” son oyunlarında qələbə qazana bilmirdi. Tovuz təmsilçisi son 4 oyununda 3 heç-heçə etmiş, ötən tur isə bu komanda “Araz-Naxçıvan”a məğlub olmuşdu.
“Şamaxı” isə 8 oyun idi 3 xala həsrət idi. Ayxan Abbasovun komandası bu görüşlərdə cəmi 2 dəfə heç-heçə etmiş, qalan 6 oyunda məğlubiyyətə üzülmüşdü. Tovuzda qeydə alınacaq növbəti məğlubiyyət “Şamaxı” rəhbərliyinin baş məşqçi postu ilə bağlı sərt qərar qəbul etməsi ilə nəticələnə bilərdi.
Qarşılaşma məhsuldar və dramatik alınıb. Beş qolun vurulduğu görüşün sonunda Tovuz təmsilçisi qələbə qazanmağa nail olub. Bu qələbə sayəsində xalını 30-a çatdıran “Turan Tovuz” 3-cü pillədəki mövqeyini möhkəmləndirib. “Şamaxı” isə 13 xalla 7-cidir.
Premyer Liqa
16-cı tur
9 dekabr
“Turan Tovuz” – “Şamaxı” 3:2
Qollar: Roderik Miller, 21; 90+5. Alexandro Serrano, 60-pen. – Belaydi Pusi, 12. Edqar Adilxanov, 39.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Asiman Əzizli, Rauf Allahverdiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu.
Turan Tovuz: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 80. Otto Con, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 99. Sadiq Şəfiyev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 6. Araş Qaderi.
Baş məşqçi: Kurban Berdiyev.
Şamaxı: 1. Rikardo Fernandes, 60. Səbayıl Bağırov (k), 17. Rafael Məhərrəmli, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 9. Belaydi Pusi, 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 13. Ramin Əhmədov, 22. Qurban Səfərov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke.
Baş məşqçi: Ayxan Abbasov.


