Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” komandasının qış hazırlıq planı bəlli olub.
Arena.az xəbər verir ki, yanvarın 5-də Sumqayıtda toplanacaq komanda “Sumqayıt Arena”da hazırlıq keçəcək.
Vaqif Cavadovun rəhbərlik etdiyi kollektiv bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq. 10 və ya 11 yanvar tarixində keçiriləcək qarşılaşmada rəqibin kimliyi barədə məlumat veriləcək.
Qeyd edək ki, “Sumqayıt” FK 3-cü dövrənin ilk qarşılaşmasını yanvarın 18-də evdə “Səbail”ə qarşı keçirəcək.


