Bellingem “Globe Soccer Awards” təqdimatında qələbəsini şərh etdi

“Real”ının ingiltərəli hücumameylli yarımmüdafiəçisi Cud Bellingem “Globe Soccer Awards” təqdimatında qələbəsini şərh edib.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, ingiltərəli ulduzun bu barədə fikrini təqdim edir:

“Mən hamınıza və “Globe Soccer”ə, dəvətə görə təşəkkür edirəm. Burada çoxlu əfsanəvi oyunçuları görmək çox xoşdur. Bu qəniməti qazanmaq mənim üçün böyük şərəfdir. Komanda yoldaşlarım, məşqçilər heyəti və ailəm olmadan bu, mümkün olmazdı. Hamınıza təşəkkür edirəm.

Mən “Real”la qənimətlər qazanacağıma ümidvardım. Dünyanın ən yaxşı klubu ilə müqavilə bağladım. Ən yaxşı komanda yoldaşlarım və ən yaxşı məşqçi heyətim var. Mən daha çox qazanmaq istəyirəm. Bir ildə beş qənimət qazanmaq yaxşıdır, amma biz bu nəsil oyunçularla daha uzun illər çalışıb-vuruşmaq və “Real” üçün tarix yazmağa davam etmək istəyirik”, deyə Bellingem vurğulayıb.

Xatırladaq ki, 2024-cü il “Globe Soccer Awards” mərasimində Cud Bellingem cari ilin ən yaxşı yarımmüdafiəçisi adını qazanıb.

Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində 103 milyon avro məbləğ müqabilində Dormund “Borussiya”sından keçib.

Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Cari mövsümdə isə Bellingem “Real” üçün bütün yarışlarda 21 oyun keçirib, 7 qol vurub, 6 məhsuldar ötürmə verib.

Hücumameyilli yarımmüdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi 64 oyun, 30 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Bellingem “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2024), FIFA Qitələrarası Kubokun qalibi olub.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 40 oyun keçirib, 6 qol vurub və 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 21 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: