İngiltərə Premyer Liqasında mübarizə aparan Londonun “Arsenal” klubu ispaniyalı baş məşqçisi Mikel Arteta ilə müqaviləni yeniləyib.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni müqaviləyə əsasən, 44 yaşlı ispaniyalı mütəxəssis 2030-cu ilin iyun ayınadək “Arsenal”ın baş məşqçisi olacaq.
Mikel Arteta 2019-cu ildən London klubuna rəhbərlik edir. Onun rəhbərliyi altında “Arsenal” 2025/2026-cı illər mövsümündə İngiltərə çempionu olub. “Topçular” Artetanın baş məşqçi olduğu dövrdə iki dəfə İngiltərə Kubokunu (2019/2020, 2020/2021) və üç dəfə İngiltərə Super Kubokunu (2020, 2023, 2026) qazanıblar.
“Arsenal” cari mövsümdə də mübarizəni iddialı şəkildə davam etdirir. London təmsilçisi İngiltərə Premyer Liqasının 5 turundan sonra 12 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.


