“Boka Xuniors”da sifilis epidemiyası qeydə alındı

Argentina nəhəngi “Boka Xuniors”un düşərgəsində sifilis xəstəliyinin epidemik hal aldığı haqda məlumat yayılıb.

Arena.az məlumat verir ki, yerli jurnalist-insayder Federiko Flauers “mavi-qızılılar”ın üç futbolçusunun bu azara yoluxduğu haqda məlumat paylaşıb.

Mənbənin məlumatına görə, klub bu məlumatdan sarsılıb düşüb. Hazırda, daha çox insanın yoluxma ehtimalını istisna etmək üçün digər oyunçular və məşqçilər müayinələrdən keçirilirlər.

Vurğulanır ki, “Boka Xuniors” rəhbərliyi sifilis epidemiyası ilə bağlı məlumatı gizlətməyə çalışsa da, buna nail ola bilməyib. Məlumat qısa zamanda mətbuata və sosial şəbəkələrə sızıb. Bununla belə, qalmaqalın qarşısını almaq üçün siflisə yoluxmuş futbolçuların adları açıqlanmır.

Əlavə edək ki, sifilis cinsi yolla ötürülən infeksion xəstəlikdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: