Premyer Liqada 22-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci turun iki oyunu üçün təyinatlar müəyyənləşib.

Arena.az xəbər verir ki, “Qəbələ” – “Neftçi” matçı Əliyar Ağayevə tapşırılıb. “Sabah” – “Səbail” oyununu isə Kamal Umudlu idarə edəcək.

Turun qalan iki oyunu aprelin 11-də keçiriləcək. Həmin oyunların təyinatları sabah açıqlanacaq.

Azərbaycan Premyer Liqası
22-ci tur
10 aprel

“Qəbələ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu, 16:00.

“Sabah” –“Səbail”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Kamran Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Masazır. “Bank Respublika Arena”, 18:00.

11 aprel

“Zirə” – “Keşlə”
Zirə İdman Kompleksinin stadionu. Saat 17:00

“Qarabağ” – “Sumqayıt”
Bakı. “Azersun Arena”. Saat 19:15.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: