Villi Orban Almaniya klubu ilə müqavilə yenilədi

Almaniyanın “Leypsiq” klubu müdafiəçisi Villi Orban ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər olan yeni müqavilə imzalanıb.

Villi Orban Almaniyanın “Kayzerslautern” klubunun yetirməsidir. O, 2015-ci ildən “Leypsiq”də çıxış edir. Almaniyada anadan olmasına, vaxtilə bu ölkənin gənclərdən ibarət milli komandasında da oynamasına baxmayaraq, mərkəz müdafiəçisi 2018-ci ildən Macarıstan yığmasının uğurları üçün çalışır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: