“Qarabağ”, “Zirə”, “Sabah”, “Turan Tovuz”, “Neftçi”, “Sumqayıt” və “Araz-Naxçıvan” klublarının dünya reytinqindəki mövqeləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu gün klubların dünya reytinqi açıqlanıb.
İFFHS-in açıqladığı cədvəldə planetin 701 ən yaxşı komandası yer alıb. 2024-cü ilin yekunlarına əsasən, tərtib olunan siyahıda Azərbaycanı 7 klub təmsil edib.
“Qarabağ” 168,75 xalla dünyada 81-cidir. Ağdam klubu ötən ayla müqayisədə 14 pillə geriləyib.
99,5 xalla 208-ci olan “Zirə” 11 pillə irəliləyib.
9 pillə önə keçən “Sabah” 62,25 xalla 400-cüdür.
“Turan Tovuz” 53,75 xalla 2 addımlıq irəliləyişlə 494-cü yerdədir.
“Neftçi” 28 pillə geriləyərək 50 xalla 537-ci sıraya düşüb.
6 pillə irəliləyən “Sumqayıt” 48 xalla 567-cidir.
“Araz-Naxçıvan” 18 pillə geriləyib və 43,75 xalla 648-cidir.
Dünya reytinqində yer alan Azərbaycan komandalarının Avropadakı mövqeləri də bəlli olub. Cədvəldə yer alan planetin 701 ən yaxşı klubundan 393-ü Avropanı təmsil edir.
Onlardan da 7-si Azərbaycan komandasıdır. Avropa klubları arasında 55-ci olan “Qarabağ” 168,75 xala malikdir. 99,5 xalı olan “Zirə” 125-cidir.
“Sabah” 62,25 xalla 227-ci, “Turan Tovuz” 53,75 xalla 283-cü sıradadır.
“Neftçi” 50 xalla 308-ci, “Sumqayıt” 48 xalla 330-cü, “Araz-Naxçıvan” 43,75 xalla 371-cidir.
Qeyd edək ki, cədvələ 441 xalla “Real” (Madrid, İspaniya) başçılıq edir. Almaniya çempionu “Bayer” (384) ikinci, İtaliyanın “Atalanta” komandası (380) üçüncüdür.
İlk onluqda qərarlaşmış komandaların siyahısını təqdim edirik:
- Real (İspaniya) – 441
- Bayer (Almaniya) – 384
- Atalanta (İtaliya) – 380
- Liverpul (İngiltərə) – 345
- Botafoqo (Braziliya) – 339
- Mançester Siti (İngiltərə) – 327
- Barselona (İspaniya) – 324
- Flamenqo (Braziliya) – 308
- Atletiko (İspaniya) – 304
- Borussiya (Dortmund, Almaniya) – 298


