Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Beş qolun qeydə alındığı “Monako” – “Renn” matçında meydan sahibləri qələbə qazanıblar. “Strasburq” da “Lill” üzərində qələbəyə sevinib. Lider PSJ isə “Reyms”lə ev oyunundan xal itkisi ilə ayrılıb. Yeri gəlmişkən, bu oyunda gürcü hücumçu Xviça Kvaratsxeliya bir neçə gün öncə qoşulduğu Paris təmsilçisinin heyətində debüt edib. Start heyətdə meydana çıxmış futbolçu 87-ci dəqiqədə əvəzlənib. Xviça komandasının yeganə qolu zamanı məhsuldar ötürmə müəllifi olub.
19-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
19-cu tur
24 yanvar
Oser – Sent Etyen 1:1
Qollar: Traore, 27 – Stassin, 45.
25 yanvar
Monako – Renn 3:2
Qollar: Akliuş, 15. Beret, 52. Qolovin, 56 – Naqida, 45+1. Quiri, 67.
Strasburq – Lill 2:1
Qollar: A.Santos, 70. Emeqa, 74 – Sahraui, 8.
PSJ – Reyms 1:1
Qollar: Dembele, 47 – Nakamura, 56.
26 yanvar
18:00. Havr – Brest
20:15. Lans – Anje
20:15. Nant – Olimpik (Lion)
20:15. Tuluza – Monpelye
23:45. Nitsa – Olimpik (Marsel)


