Dünyanın ən bahalı klublarının reytinq siyahısı açıqlandı

Forbes” jurnalı dünyanın ən bahalı klublarının reytinq siyahısını açıqlayıb.

Arena.az xəbər verir ki, siyahıya tarixində ilk dəfə İspaniyanın “Barselona” klubu başçılıq edir. Kataloniya təmsilçisinin qiyməti 4.76 milyard ABŞ dollarıdır.

İkinci yeri 4.75 milyard dollar dəyərə malik Madrid “Real”ı tutur. “Kral klubu” kommersiya gəliri baxımından liderliyini qoruyub. 2019/20 mövsümündə paytaxt təmsilçisi reklam və sponsorlardan 424 milyon dollar gəlir əldə edib. “Barselona”da bu göstərici 377 milyon dollar olub. 275 milyon dollar isə yayımlardan gəlib. Bu, bütün klublar arasında ən yüksək göstəricidir.

Son 16 ildə siyahıda birinci yeri 11 dəfə İngiltərənin “Mançester Yunayted” klubu tutubsa, 5 dəfə buna “Real” nail olub.

Yeni siyahıda üçüncü pillədə 4.22 milyard dollar qiymətə malik Almaniya çempionu “Bavariya” qərarlaşıb.

İlk “10-luq”da İngiltərənin 6 klubu – “Mançester Yunayted”, “Liverpul”, “Mançester Siti”, “Çelsi”, “Arsenal” və “Tottenhem”lə yanaşı, Fransanın PSJ klubu da yer alıb.

Dünyanın ən bahalı klublarının reytinq siyahısı:

  1. “Barselona” – 4.76 milyard dollar
  2. “Real” – 4.75 milyard dollar
  3. “Bavariya” – 4.22 milyard dollar
  4. “Mançester Yunayted” – 4.2 milyard dollar
  5. “Liverpul” – 4.1 milyard dollar
  6. “Mançester Siti” – 4 milyard dollar
  7. “Çelsi” – 3.2 milyard dollar
  8. “Arsenal” – 2.8 milyard dollar
  9. PSJ – 2.5 milyard dollar
  10. “Tottenhem” – 2.3 milyard dollar
  11. “Yuventus” – 1.95 milyard dollar
  12. “Borussiya” (Dortmund) – 1.9 milyard dollar
  13. “Atletiko” – 1 milyard dollar
  14. “İnter” – 743 milyon dollar
  15. “Everton” – 658 milyon dollar
  16. “Milan” – 559 milyon dollar
  17. “Roma” – 548 milyon dollar
  18. “Vest Hem” – 508 milyon dollar
  19. “Lester Siti” – 455 milyon dollar
  20. “Ayaks” – 413 milyon dollar
Xəbəri sosial şəbəkələrdə paylaş: