Qasperini: “Futbol bu oyunla əlaqəsi olmayan istiqamətdə irəliləyir”

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini UEFA Çempionlar Liqasının 1/16 finalında “Brügge”yə gözlənilməz məğlubiyyəti şərh edib.

Arena.az məlumat verir ki, cütün ilk oyununda, evdə “Brügge” oyunun təzminat müddətində (90+4-cü dəqiqə) hakimin təyin etdiyi mübahisəli penaltini qola çevirməklə “Atalanta”nı 2:1 hesabı ilə məğlub edib.

Qasperini matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Aydındır ki, biz bununla Avropanı da yoluxdururuq. Həqiqi faciə isə futbolun özünün çirklənməsindədir. Oyunçulara və məşqçilərə qulaq asarsanız, bizim, cərimə sayıla biləcək xüsus haqqında tamamilə fərqli bir fikrimiz var. Faciə burasındadır ki, indi hamı nəsə yalvarıb qoparmaq üçün özünü yerə sərir – hakimi vərəqə göstərməyə və ya penalti təyin etməyə təhrik etmək üçün.

Futbol indi bu idman növü ilə heç bir əlaqəsi olmayan istiqamətdə irəliləyir. Biz bu qərarı qəbul etməliyik, amma düzünü desəm, arıtq mən özüm qaydaları başa düşmürəm. Mən bunu mütləq surtədə bəyənmirəm”, – “Football Italia” dərgisi italyan mütəxəssisin qeyzlə səsləndirdiyi fikri sitat gətirir.

Xatırladaqdaq ki, “Atalanta” cavab oyunu çərçivəsində “Brügge”ni fevralın 18-də Berqamoda qəbul edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: