Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” Kot-d’İvuardan olan müdafiəçisi Stefan Akka ilə yeni müqavilə bağlayıb.
Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
34 yaşlı futbolçu ilə 1+1 illik yeni müqavilə imzalanıb. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti cari mövsümün sonunda bitəcəkdi.
Xatırladaq ki, “Zirə”yə 2023-cü ilin yayında cəlb olunmuşn Stefan Akka paytaxt təmsilçisinin heyətində bütövlükdə 43 oyun keçirib.
Akka 2013-cü ildə “Krayova 1948”, 2014-2017 və 2019-2021-ci illərdə isə “Universitatya” (Krayova) klublarının formasını geyinib. Təcrübəli müdafiəçinin “Zirə”dən əvvəlki sonuncu iş yeri İsrailin “Sektzia Ness Ziona” klubu olub. O, daha öncə Türkiyənin “Ərzurumspor”, İsrailin “İroni Kiryat Şmona”, İtaliyanın “Leqnaqo Salus”, “Belluno” klublarının da şərəfini qoruyub.


