Liqa 1: “Renn” “Reyms”i tək qolla yendi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 23-cü turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Renn” doğma meydanda “Reyms”lə qarşılaşıb. Oyun meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb.

23-cü turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Fransa, Liqa 1
23-cü tur
21 fevral

Renn – Reyms 1:0
Qol: Kalimuendo, 10-pen.

22 fevral

20:00. Lill – Monako
22:00. Sent Etyen – Anje
00:05. Oser – Olimpik (Marsel)

23 fevral

18:00. Nant – Lans
20:15. Havr – Tuluza
20:15. Nitsa – Monpelye
20:15. Strasburq – Brest
23:45. Olimpik (Lion) – PSJ

Xəbəri paylaş: