Liqa 1: PSJ Lionda 3 xalı 3 qolla qazandı

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 23-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Strasburq” – “Brest” matçında qapılara qol vurulmayıb. “Nant” doğma meydanda “Lans”a, “Nitsa” isə “Monpelye”yə qalib gəlib. Beş qolun qeydə alındığı “Havr” – “Tuluza” görüşündə qonaqlar darmadağına seviniblər.

Turun mərkəzi görüşündə lider PSJ səfərdə “Olimpik” (Lion) ilə qarşılaşıb. Paris təmsilçisi beş qolluq bu matçın yekununda çətin qələbəyə sevinib.

Beləliklə, geridə qalmış 23 turdan sonra 59 xalı olan PSJ vahid liderdir. Marsel “Olimpik”i 46 xalla ikinci, “Nitsa” 43 xalla üçüncü, “Lill” 41 xalla dördüncü, “Monako” 40 xalla beşinci pillədə qərarlaşıb. Lion “Olimpik”inin 36, “Strasburq”un 34, “Lans” və “Brest”in 33 xalı var.

Fransa, Liqa 1
23-cü tur
21 fevral

Renn – Reyms 1:0
Qol: Kalimuendo, 10-pen.

22 fevral

Lill – Monako 2:1
Qollar: Haraldsson, 22; 42 – Minamino, 45+1.

Sent Etyen – Anje 3:3
Qollar: Kardona, 36; 73. Ekva, 52 – Abelli, 7; 17. Dienq, 90+4-pen.

Oser – Olimpik (Marsel) 3:0
Qollar: Perrin, 34. J.Junior, 77-pen; 90+1.

23 fevral

Nant – Lans 3:1
Qollar: Lero, 36. Simon, 60-pen. Elia, 90+5 – El Aynaui, 65-pen.

Havr – Tuluza 1:4
Qollar: Sumare, 51 – Abuxlal, 9. Syerro, 56-pen. Donnum, 63. Maqri, 78.

Nitsa – Monpelye 2:0
Qollar: Klauss, 30. Budaui, 65.

Strasburq – Brest 0:0

Olimpik (Lion) – PSJ 2:3
Qollar: Şerki, 83. Tolisso, 90+2 – Hakimi, 53; 85. Dembele, 59.

Xəbəri paylaş: