Əvəzedicilər: “Turan Tovuz” Şamaxıda 4 qola sevindi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 24-cü tura yekun vurulub.

Arena.az xəbər verir ki, beşinci oyun günündə də bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Şamaxı” və “Turan Tovuz”un əvəzediciləri üz-üzə gəliblər. Altı qolluq bu oyunda Tovuz təmsilçisi inamlı qələbəyə sevinib.

Əvəzedicilər Liqası
24-cü tur
22 fevral

“Neftçi-2” – “Sumqayıt-2” 0:0
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Gülnurə Əkbərzadə, Sənan Bayramzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

23 fevral

“Araz-Naxçıvan-2” – “Səbail-2” 2:3
Qollar: Bayraməli Qurbanov, 33. Tuqay Əlizadə, 34 – Məmməd Əhmədov, 44. Bəhram Köçərli, 81-pen; 83.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Rəsul Babayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu, 14:00.

25 fevral

“Qarabağ-2” – “Sabah-2” 3:1
Qollar: Mahmud Ağayev, 45+1; 79. Qurban Səfərov, 89 – Ramil Nuraxmedov, 54.
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Azərsun Arena”, 15:00.

27 fevral

“Zirə-2” – “Kəpəz-2” 1:0
Qol: Vüsal Əliyev, 90+4.
Hakimlər: Əli Əliyev, Müslüm Əliyev, Rəhman İmami, Rasim Musayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 13:00.

28 fevral

“Şamaxı-2” – “Turan Tovuz-2” 2:4
Qollar: Nicat Xasıyev, 49. Səlim Alıyev, 75 – Vüqar Bağırov, 15. Nihat Qurbanzadə, 29. Natiq Ağamalıyev, 89-öz qapısına. Məzahir Məmmədzadə, 90+4-pen.
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Şirmamed Mamedov, Nazim Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 13:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: