Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Jirona” – “Valensiya” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Valyadolid” doğma meydanda “Selta”ya minimal hesabla uduzub. “Malyorka” evdə “Espanyol”a qalib gəlibsə, “Real” da səfərdə “Vilyarreal”dan üstün olub.
28-ci turun qalan görüşləri martın 16-da keçiriləcək.
İspaniya, La Liqa
28-ci tur
14 mart
Las Palmas – Alaves 2:2
Qollar: F.Silva, 90-pen. Moleyro, 90+5 – T.Martines, 7. Quridi, 63.
15 mart
Valyadolid – Selta 0:1
Qol: M.Alonso, 83-pen.
Malyorka – Espanyol 2:1
Qol: Asano, 65. Muriqi, 90+7-pen – Muriqi, 53-öz qapısına.
Vilyarreal – Real 1:2
Qol: Foyt, 7 – Mbappe, 17; 23.
Jirona – Valensiya 1:1
Qollar: Stuani, 64 – D.Lopes, 58.
16 mart
17:00. Leqanes – Betis
19:15. Sevilya – Atletik
21:30. Osasuna – Xetafe
21:30. Rayo Valyekano – Real Sosyedad
00:00. Atletiko – Barselona


