Futbol üzrə Braziliya millisinin və “Barselona”nın canlı əfsanəsi Rivaldo İspaniya nəhənginin cari mövsümdəki çıxışını qiymətləndirib.
Arena.az Rivaldonun bu barədə fikrini təqdim edir:
“Barselona” bütün yarışlarda qalibiyyət qazanmaq üçün ciddi namizəddir. Komanda trebl qazanmaq üçün bütün imkanlara malikdir”, deyə veteran futbolçu vurğulayıb.
Rivaldo həmvətəni, “Barselona”ya qayıtması gündəmdən düşməyən “Santos”un 33 yaşlı ulduz hücumçusu Neymarın gələcəyi ilə bağlı təxminini də dilə gətirib:
“Əgər “Barselona” olmasa, onda Neymar yayda digər bir nəhəng Avropa klubuna keçəcək”, deyə Rivaldo vurğulayıb.
Xatırladaq ki, cari mövsümdə keçirdiyi 27 oyunda 60 xal toplamış “Barselona” İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir. “Atletiko” isə 28 oyundan 56 xalla 3-cü pillədə qərarlaşıb.


