“Transfermarkt internet-portalı İspaniya La Liqasının transfer qiyməti ən baha oyunçularından ibarət onluğu təqdim edib.
Arena.az məlumat verir ki, siyahının zirvəsində “Real”ın braziliyalı ulduz hücumçusu Vinisius Junior qərarlaşıb.
“Vini”nin transfer dəyəri 200 milyon avro məbləğində qiymətləndirilir.
İkinci və üçüncü pillələrdə hər birinin transfer dəyəri 180 milyon avro məbləğində qiymətləndirilən “şəriklər” – Lamin Yamal (“Barselona”) və Cud Bellingem (“Real”) qərarlaşıblar.
İspaniya La Liqasının transfer qiyməti ən baha oyunçularından ibarət ilk onluğu təqdim edirik:
- Vinisius Junior (“Real”, 200 milyon avro);
- Lamin Yamal (“Barselona”, 180 milyon avro);
- Cud Bellingem (“Real”, 180 milyon avro);
- Kilian Mbappe (“Real”, 170 milyon avro);
- Federiko Valverde (“Real”, 130 milyon avro);
- Pedri (“Barselona”, 120 milyon avro);
- Rodriqo Qoes (“Real”, 100 milyon avro);
- Xulian Alvares (“Atletiko” (Madrid), 90 milyon avro);
- Orelyen Tçuameni (“Real”, 80 milyon avro);
- Rafinya (“Barselona”, 80 milyon avro).


