Donnarumma: “İkinci qolu buraxmaya da bilərdik”

İtaliya yığmasının qapıçısı Canluici Donnarumma UEFA Millətlər Liqasının 1/4 finalında Almaniyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Fransa nəhəngi PSJ-nin formasını geyinən təcrübəli qolkiper doğma meydanda 1:2 hesablı məğlubiyyətə üzüldükləri oyunla bağlı bunları söyləyib:

“İkinci qolu buraxmaya da bilərdik. İkinci hissədə Almaniya yığması bizdən üstün idi. Onlar güclüdürlər, biz isə topu ram edə bilmirdik”, deyə Donnarumma bildirib.

İtaliya yığmasının və “Nyukasl”ın 24 yaşlı mərkəz yarımmüdafiəçisi Sandro Tonali də bu məğlubiyyəti şərh verib:

“Bu qəribə oyun idi. Biz çoxsaylı məqamlar yaratdıq, amma bunlardan Dortmunda səmərələi istifadə etməliyik”, deyə Tonali cavab oyununa eyham vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: