Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 28-ci turuna start veriləcək.
Arena.az xəbər verir ki, milli komandaların oyunlarına görə çempionatda yaranmış fasilə başa çatır.
Fasilədən sonrakı ilk turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Turun açılış matçında “Turan Tovuz” doğma meydanda lider “Qarabağ”la münasibətlərinə aydınlıq gətirəcək. Bu oyunun baş hakimi Cavid Cəlilov olacaq.
“Qarabağ” hazırda 64 xalla Premyer Liqanın vahid lideridir. Son üç turda 2 məğlubiyyət, 1 heç-heçə görmüş Tovuz klubu isə 43 xalla dördüncüdür. Bu üzdən Kurban Berdıyevin komandasının iddialı rəqibindən xal almağa çalışacağı şübhəsizdir.
Bu, sözügedən komandaların Premyer Liqa çərçivəsindəki 12-ci qarşılaşmasıdır. Əvvəlki 11 oyunda “Turan Tovuz” 2, “Qarabağ” 7 qələbə qazanıb, 2 görüş isə bərabərliklə yekunlaşıb. “Turan Tovuz” 3 matçdır bu rəqibinə uduzmur. “Qarabağ” səfərdə Tovuz təmsilçisinə heç vaxt məğlub olmayıb.
Premyer Liqa
28-ci tur
28 mart
“Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 19:30.
29 mart
“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi Arena”, 16:45.
“Sumqayıt” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.
30 mart
“Kəpəz” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 16:00.
“Zirə” – “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zirə İdman Kompleksinin stadionu, 18:00.


