Premyer Liqa: Sumqayıtda 6 qolluq heç-heçə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Sumqayıtda baş tutub.

Son turlarda qələbəyə həsrət qalmış “Sabah” səfərdə “Sumqayıt”la üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyunu Tural Qurbanov idarə edib. “Sabah” bu oyundan öncə 35 xalla 5-ci, “Sumqayıt” isə 28 xalla 8-ci sıradaydı.

Bu, sözügedən klubların Premyer Liqa çərçivəsindəki 27-ci qarşılaşması idi. Əvvəlki 26 oyunda “Sumqayıt” 8, “Sabah” 14 qələbə qazanmışdı, 4 görüş bərabərliklə yekunlaşmışdı. “Sabah” son 2 görüşdən qolsuz ayrılmışdı. “Sumqayıt” son 3 ev oyununda rəqib qapısına yol tapmışdı.

Bu oyunda qapılara 6 qol vurulub. Yekunda tərəflər hərəyə 1 xalla kifayətləniblər.

Premyer Liqa
28-ci tur

29 mart

“Sumqayıt” – “Sabah” 3:3
Qollar: Ronaldo Vaskes, 18. Bobur Abduholikov, 46. Momo Yansane, 88 – Umarali Rahmonaliyev, 6; 71. Tellur Mütəllimov, 77.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev.
VAR: Rauf Cabbarov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 5. Alan Dias, 23. Ronaldo Vaskes, 60. Tresor Mossi, 9. Bobur Abduholikov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 7. Rövlan Muradov, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 95. Miloş Miloviç, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.

Sabah: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 18. Pavol Şafranko (k), 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 6. Abdulla Xaybulaev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 4. Sofian Çakla, 3. Con İrasabal, 99. Neqoş Kupusoviç, 83. Stefen Ende.
Baş məşqçi: Vasili Berezutski.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: